Torontoda uydurma "erməni soyqırımı" ilə bağlı
keçiriləcək tədbirin əsas çıxışçıları farslardır
Kanadadakı İşgəncə Qurbanları Mərkəzi (Canadian Centre for Victims of Torture – CCVT) aprelin 24-də təşkilatın mərkəzi ofisində (Toronto, Carvis küçəsi, 194) qondarma "erməni genosidi"nin ildönümü ilə bağlı ictimai forum keçirməyi planlaşdırır. Tədbirin dəvətnamələri (burada dəvət olunan şəxslər dostlarını və ailə üzvlərini də özləri gətirməyə çağırılır) hələ ötən həftə göndərilmiş, bir neçə gün öncə isə təşkilatın koordinatoru Çizuru Nobe forumun proqramının dəqiqləşdiyini açıqlayan bildirişlər yaymışdır.
Qərbdəki ermənipərəst dairələrin bu cür tədbirlər düzənləməsi yenilik olmasa da, forumun proqramında diqqəti çəkən başlıca məqam onun əsas çıxışçılarının farslardan ibarət olmasıdır. Kimlərdir bunlar?
Froumu giriş sözü ilə açmaq Qlobal Məlumatlanmanın Gənc Əsgərləri qurumunun təmsilçisi, sənətçi-deklamator Faric Abbasa həvalə olunub. "Genosid bölgəsində ermənilər və assuriyalılar: soyqırımdan azad region üçün perspektivlər" mövzusunda əsas məruzə ilə Toronto universiteti Yaxın və Orta Şərq departamentinin professoru d-r Əmir Həsənpur çıxış edəcək. (Bu şəxs sözügedən universitetdə Orta Şərqdə millətçilik, kütləvi informasiya vasitələri və sosial hərəkatlar kurslarını tədris edir və öz araşdırmalarında Orta Şərqdə genosid, hərbi və insanlığa qarşı cinayətlər mövzularına üstünlük verir. Onun bu mövzuda son işlərindən biri "Genosid və insanlığa qarşı cinayətlər ensiklopediyası"dır). Məruzənin adından belə anlaşılır ki, bu cənab professor Birinci Dünya müharibəsi illərində erməni-assuriyalı (aysor) birləşmələrinin Güney Azərbaycanın qərb hissəsində (Urmiya-Xoy-Maku-Salmas bölgəsində) türklərə qarşı törətdiyi soyqırım aktlarını əks yöndən təqdim etməyə hazırlaşır. Forumda həmçinin əlavə məruzəçi kimi hüquq müdafiəçisi Hidayət Nəzami, köməkçi qismində isə İzzət Müsəllanejad çıxış edəcək. Göründüyü kimi, fars mənşəli insanlar ermənilərlə bağlı tədbirin, necə deyərlər, bütün ağırlığını öz çiyinlərinə götürmüşlər.
"Erməni genosidi: 93 illik sükut" başlığı ilə keçirilən forumun elan-dəvətnaməsində verilmiş aşağıdakfı izahat qondarma soyqırımın təşkilatçılar tərəfndən tarixi gerçəklik kimi qavranıldığını göstərməkdədir: "24 aprel erməni genosidinin xatirə günüdür. 1915-ci ildən 1922-ci ilə kimi təqribən 1,5 milyon erməni Osmanlı imperiyasının rəhbərləri tərəfindən yaxşıca planlaşdırılmış soyqırım nəticəsində həlak oldu. Erməni mülki əhalinin kütləvi deportasiyası və aramsız qırılması tarixin ən böyük fəlakətlərindən biri ilə sonuclandı. Bu faciəli hadisə hələ də inkar edilməkdədir. Biz milyonlarla günahsız qurbanın anılması üçün bu ictimai forumu həm də işgəncə, genosid, hərbi və insanlığa qarşı cinayətlər barədə kütləvi məlumatlandırma kampaniyasının tərkib hissəsi olaraq təşkil edirik". Beləliklə, Kanadanın "İşgəncə Qurbanları" Mərkəzi tam şəkildə ermənilərin məzlumluğu və əzabkeşliyi barədə mifin təsiri altındadır.
Bir neçə kəlmə də bu təşkilat barədə. CCVT Beynəlxalq Amnistiya Təşkilatı ilə əlaqəsi olan bir qrup həkim, hüquqşünas və sosial xidmət işçisi tərəfindən yaradılmışdır. Əsası 1977-ci ildə qoyulsa da, 1988-ci ildən bu ad altında fəaliyyət göstərir və dünyada ikinci belə qurum sayılır (birincisi 1982-ci ildə Kopenhagendə yaradılmışdır). Mərkəz 2003-cü ildən İşgəncə Qurbanlarının Beynəlxalq Reabilitasiyası Şurasında (IRCT) təmsil olunur. Daha ətraflı məlumatı təşkilatın www.ccvt.org ünvanlı saytından əldə etmək olar.
Fikrimizcə, Torontoda və ümumən Kanadada yaşayan Türkiyə və Azərbaycan türkləri, diaspora təşkilatları bu foruma qatılaraq öz sözlərini deməli, etirazlarını bildirməlidirlər. Eyni zamanda imkanı olan hər bir türkün cnobe@ccvt.org və mabai@ccvt.org ünvanlarına etiraz məktubları, erməni yalanlarını ifşa edən materiallar göndərməsi vacib və zəruridir.





hörmetli soydaşlar men güney den sehend
bu şerefsiz farslar dayima bu ermenilere yardim edibler bu çile ne zaman bitecek bilmirem amma eminem ki gelecek bizim dir
yaşasin azerbaycan
yaşasin türk elleri
Aprel 21, 2008 9:26