Sən qürbətdə ayrılıqdan,
Mən vətəndə ilgilərdən sarsılıram.
Sən saçından,
süd yolunda yolunursan.
Mən gözümdən,
Süd yolunda bölünürəm.
Sən yolların sonsuzluğun axtarırsan,
Mən yolların sonsuzluğuna tökülürəm.
Sən işıqlar yurdunda,
Qaranlığa bürünürsən.
Mən qaranlıq yurdunda,
Qaranlığa bələnərkən, sürünürəm.
Sən özünü qaçırdıbsan,
Mən özümü qaçıram.
Sən qürbətdə ölməkdən sinsiyirsən.
Mən vətəndə ölməkdən sevinirəm.
Sən qürbətdə yaşayarkən,
Ölürsən vətənini.
Mən vətəndə ölərkən,
Yaşayıram vətənimi.
Qaynaq: http://cizmaqara.blogfa.com/





Belə şerləri o qədər yaxşı başa düşürəm ki... Mən də bir qürbət quşu.. Başqa bir diyarın havasını uduram boğula-boğula.. Oysa ki, dərindən nəfəs almaqvar vətəndə, əzizlərim var vətəndə, yaşamaq var vətəndə..Vətənim var vətəndə, amma, mən yoxam.. Vətənim var qəlbimdə..
Çox sağ olun, Məsiağa bəy!
İyul 3, 2008 16:35