Təqribən iki ay bundan əvvəl Tehrandakı Nur məscidində Xocalı qurbanlarının anılmasına imkan verməyən islamçı rejim məmurları müvafiq təhlükəsizlik tədbirləri görməklə, aprelin 24-də ermənilərin Kərimxan küçəsində yerləşən Müqəddəs Sərkis kilsəsində uydurma soyqırımın 93-cü ildönümünü qeyd etməsinə və ətraf ərazilərdə təbliğat materialları yaymasına şərait yaradıblar. Kilsənin yaxınlığında qondarma soyqırıma dair "faktları" əks etdirən plakatlar asılıb, mərasim işrirakçılarına və yoldan ötənlərə müxtəlif broşüra, buklet və açıqcalar paylanıb. Azərbaycan Öyrənci Hərəkatının yaydığı aşağıdakı şəkildə sözügedən erməni kilsəsinin yaxınlığındakı plakat görünür. Plakatın mətni belədir:
"Aprelin 24-ü 1915-ci ildə o zamankı Türkiyə hökuməti tərəfindən 1,5 milyondan artıq erməninin soyqırıma məruz qalmasının ildönümüdür".
Göründüyü kimi, ermənilər 1915-ci ilə aid hadisələrdən bəhs edərkən, məqsədli şəkildə "Osmanlı imperiyası" əvəzinə "Türkiyə" sözünü işlətmişlər.
Diqqəti çəkən başqa bir məqam yayılan plakat və açıqcalarda ötən il qətlə yetirilmiş erməni jurnalisti Hrant Dinkin şəklinin yer alması, yəni onun da soyqırım qurbanı kimi təqdim edilməsidir.
Günortaya yaxın kilsənin qarşısında təqribən min nəfərin iştirak etdiyi mitinq başlayıb. Mitinqdə iştirak edən ermənilər "Faşist Türkiyə dövlətinə ölüm!", "Ey erməni şəhidi, yolun davam etdirilir!", "Qərbi Ermənistan azad olunmalıdır!" və s. kimi şüarlar səsləndiriblər. Saat yarım davam edən mitinq bir neçə maddəlik qətnamənin oxunuşu ilə başa çatıb. Qətnamədə daşnakların ənənəvi cəfəng iddiaları və uydurmaları ilə yanaşı, Azərbaycan Respublikası tərəfindən ermənilərin planlı şəkildə soyqırıma məruz qoyulduğu barədə müddəa da öz əksini tapıb.
Mitinqdən Azərbaycan Öyrənci Hərəkatının saytında verilmiş şəkillərdə diqqəti çəkən plakatlardan birinin mətni belədir: "Ermənilər şərəfli Fələstin xalqının mübarizəsini və müqavimətini dəstəkləyirlər!" Aydındır ki, bu şüar ermənilərin Fələstin xalqına ürəyi yandığı üçün deyil, İran hakimiyyətinə xoş gəlməkdən ötrü irəli sürülüb. Yeri gəlmişkən, mitinqdə İranın nüvə proqramının erməni əhali tərəfindən dəstəkləndiyi barədə də fikirlər səslənib.
Verilən məlumatlara görə, ermənilərin Tehrandakı bu ilki tədbiri əvvəlki illərlə müqayisədə sönük keçsə də, onlar heç bir maneə ilə rastlaşmadan, sərbəst şəkildə bir daha öz "əzabkeşliklərini" bəyan ediblər.





Ölüm olsun fars və erməni faşistlərinə.
Yaşasın Azərbaycan
Aprel 26, 2008 19:14