Reklam verin!
Yuma Ailə Jurnalı

GÜNEYLİ ŞAİR HÜCUMA MƏRUZ QALIB

Huşəng Cəfəri: "Biz yüz il farsların şovinist proqramlarına dözmüşük, amma onlar
on dəqiqə başqa mədəniyyətləri və dilləri qəbul etmək iqtidarında deyillər"


Bir neçə gün əvvəl Bicar şəhərindəki "Pəyame-Nur" universitetinin tələbələri Güney Azərbaycanın məşhur şairi Huşəng Cəfərini görüşə dəvət ediblər. Universitetin toplantı salonunda keçirilən görüş zamanı ustad Cəfəri türkcə şeir oxumağa başlayıb. Həmin vaxt iştirakçılardan bir qrupu hay salaraq, kobud və təhqiramiz bir şəkildə ondan türkcə şeir əvəzinə, farsca şeir oxumağı tələb edib.

ceferi_husheng


Bunun ardınca sözügedən universitetin rektoru 30-40 nəfərlə birgə yığıncağı tərk edib. Çox keçmədən təzyiq qrupları planlaşdırılmış şəkildə universitetə daxil olaraq ustad Cəfəriyə hücum çəkiblər və ona zərbələr endirib xəsarət yetirməyə çalışıblar. Vəziyyəti belə görən milli hərəkat fəalları əlverişli fürsət taparaq şairi oradan uzaqlaşdırmış və avtomobilə mindirib yola salmışlar.
Huşəng Cəfəri özü bu hadisə ilə bağlı belə deyib: "Biz yüz il farsların şovinist proqramlarına dözmüşük, amma onlar on dəqiqə başqa mədəniyyətləri və dilləri qəbul etmək iqtidarında deyillər".
Məlumatı Güney Azərbaycanın tanınmış milli fəallarından olan Şahnaz xanım Qulami yayıb.

Baxış sayı: 164
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 2
Keçən ayın hiti: 8284
Dünənki hit: 296
Bugünkü hit: 310
Ümumi hit: 82942

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button