Reklam verin!
Yuma Ailə Jurnalı

Nadir İlahi. NEYNƏSİN?

Mən nə çarə qılım qara bəxtimə,
Zəhərli içkiyə məzə neynəsin?
Sürmə gözəlliyi bir az artırar,
Amma day kor olan gözə neynəsin?

Fələk oxun atır, əlində yay yox,
Fələyin atdığı oxlara say yox,
Bu gözdən o gözə heç bir haray yox,
İndi özgə gəlib bizə neynəsin?


araz_chayi


Həsrət çəkdiyimiz gör neçə ildir,
Kaş bir il olaydı, deyəydim bildir,
Gözümün yaşları çox demə lildir,
Su gözədən lildir, kuzə neynəsin?

Nadirəm, bir sinə qızıl tək közlə,
Yolları gözlədim nigaran gözlə,
Siz deyin, bu yazıq bir quru sözlə,
Əyriyə neynəsin, düzə neynəsin?

Qaynaq (ərəb əlifbası ilə): http://n-elahi.persianblog.ir/

 

Baxış sayı: 153
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 7
Keçən ayın hiti: 8284
Dünənki hit: 296
Bugünkü hit: 296
Ümumi hit: 82928

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button