Reklam verin!

Rəsul Rza. ƏRK QALASI

Vuruşdular:
son gülləyə,
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi
daşdan torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.


Vuruşdular:
onlardan yeddi dəfə-yetmiş qat
artıq olan,
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə.
Yaralılar ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar "yandım" demədi.

Öpdü qurumuş dodaqları
qan hopmuş torpağı.
Yaralarına basdılar
qan rənli bayrağı.
Nə düşmən onlardan
bir aman sözü ala bildi,
nə bu ölümü yağı duydu,
nə qala bildi.

Söykənib qala divarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından,
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.

Öldülər:
ayaqlarının altında
Vətən torpağı,
başlarının üstündə
Vətən ulduzları.
Könüldən könülə keçdi
ümidləri, arzuları.

Gecə ağır-ağır keçdi
cənazələrin üstündən;
keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən bir örtük çəkdi
torpağı qoruyub,
torpaqda dincələn
cənazələrə.

Baxış sayı: 181
Açar sözlər:
Bookmark and Share


1

Öldülər:
ayaqlarının altında
Vətən torpağı,
başlarının üstündə
Vətən ulduzları.
Könüldən könülə keçdi
ümidləri, arzuları.

Bundan ezemetli sehne hech harda ola bilmez. Bu sheirden ashagisisni yazanlari hemishe zirildayan gorduk!
Haqqinda danishilan hadiseye ancaq bu sheir yarashir.

May 22, 2008 21:04

2

Türkün, Azərbaycan Türkünün ulu dövlətçilik tarixinin və bu gününün güvən və ərk yeri Ərk qalasına qarşı fars-təcik başlıların qurduğu yeni qurğular-duzaqların min bir bəhanə ilə ortaya atıldığı indiki vaxtda və hər zaman Rəsul Rzanın bu ölməz şeiri dilimizin türküsünə çevrilməlidir. İzimizi silib bizim özümüzü özlüyümüzdən almağa can atan soysyzların qarşısında bir olmalıyıq. Hər kəsin edəcəyi, görəcəyi iş bir-birini tamamlamalıdır. Elmlə əməl yanaşı getməlidir. Bu yolda Azərbaycan aydını həm də əsgər olmalı, əsgər yetişdirməlidir. Rəsul Rzanın hər zaman bizim yağılara tutarlı şapalaq olan bu şeirini verdiyinə görə sağ ol, Məsiağa bəy!!!

May 23, 2008 13:21

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 17
Keçən ayın hiti: 8284
Dünənki hit: 296
Bugünkü hit: 379
Ümumi hit: 83011

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button