Reklam verin!

"AZƏRBAYCAN MİLLİ HƏRƏKATINI ƏZMƏK SİYASƏTİ HEÇ BİR NƏTİCƏ VERMƏYƏCƏK"

May qiyamının ikinci ildönümü münasibətilə Güney Azərbaycan
Universitet İşçiləri Assosiasiyasının

BƏYANATI

 Bir daha Azərbaycan millətinin şovinizm əleyhinə əzəmətli qiyamının ildönümü yetişdi. O qiyamın ki, vüsəti, sürəti və qüdrəti ilə hamını heyrətə saldı, bu millətə kimliyini unutdurmaq üçün plan cızan və milyardlarla pul xərcləyən dairələrin yuxusuna haram qatdı. Bu qiyam zahirən yeddi min ildən artıq tarixi şərəf, şücaət, əzəmət və nailiyyətlə dolu bir millətə "İran" adlı rəsmi dövlət qəzetinin təhqiri əleyhinə baş versə də, siyasi işlərdən agah və vicdanı oyaq olan kəslər yaxşı bilirlər ki, bu, uzun illər boyu müxtəlif üsullarla öz insani və milli hüquqlarını müdafiə etməyə çalışan bir xalqın möhtəşəm ayaqlanması idi. Və üzdəniraq bir karikaturaçının ədəbsiz təhqiri illərdən bəri sıxışdırma, aşağılama, geridə saxlama, qısası, bir millətin varlıq göstəricilərini məhv etmə siyasəti nəticəsində yığılmış qəzəbin partlayışı üçün kifayət idi.

may_qiyami  


Bu günlər o milli qəhrəmanlıqdan iki il ötür. Həmin qəhrəmanlıq nəticəsində Azərbaycanın ən yaxşı övladlarından bir neçəsi həlak oldu, onlarla adam yaralandı, yüzlərlə insan tutularaq qısa və uzun muddətli həbsə məhkum edildi. O coşqu və həyəcan dolu günlərdə çox çalışıldı ki, "İran" qəzetini bağlamaq, onun karikaturaçısını tutmaq kimi zahiri tədbirlərlə bu millətin tələbləri susdurulsun və emosional atmosferin qızışdırılması yolu ilə vəziyyət Azərbaycan Milli Hərəkatı fəallarının nəzarətindən çıxarılsın, amma fəalların təmkin və sayıqlığı sayəsində bu milli qiyam Hərəkatın sivil çərçivəsindən kənara adlamadı və bir çox təxribatların həyata keçmədən qarşısı alındı.
Hadisələrdən hakimiyyətin götürməli olduğu ibrət Azərbaycanın milli tələblərinə diqqət yetirmək olmalı idi və həmin tələblər May qiyamının son günlərində iki bəyanatda ümumiləşdirilmişdi. Bu isə problemlərin dinc yolla həllinin və tərəflər arasında etimadsızlıq divarının kiçilməsinin başlanğıcı ola bilərdi. Təəssüf ki, son iki ildə nəinki Azərbaycan millətinin tələblərindən heç biri yerinə yetirilməmiş, üstəlik əvvəlki siyasət üzərində təkid edilməsi, eləcə də fəallara təzyiq göstərilməsi və sivil fəaliyyətlər üçün mövcud olan bütün cığırların bağlanması sivil fəaliyyətlərin nəticə verəcəyinə inamsızlığın artmasına səbəb olmuşdur.
Azərbaycan Universitet İşçiləri Assosiasiyası bu əzəmətli milli qiyamın ildönümünü əziz tutaraq və hadisələrdə hər hansı şəkildə itki və ziyana məruz qalan bütün şəxslərin dərdinə şərik olaraq, bəyan edir ki, Azərbaycan Milli Hərəkatını əzmək və sıxışdırmaq siyasəti uzunmüddətli planda heç bir nəticə verməyəcək; buna görə də hakimiyyətdən tələb edir ki, Azərbaycan millətinin istəklərinin gerçəkləşməsi üçün lazımi zəmin yaratsın. Assosiasiya həmçinin əmindir ki, bütün çətinliklərə və qanunsuz məhdudiyyətlərə baxmayaraq, Hərəkat fəalları seçilmiş sivil yoldan uzaqlaşmamalıdırlar. Hamımız fəaliyyətlərdə yenilik etməklə, eləcə də təfriqədən, siyasətbazlıqdan çəkinib milli mənafeləri qrup maraqlarından üstün tutmaqla öz millətimiz üçün işıqlı gələcək quruculuğu yolu ilə addımlamalıyıq.

Çevirəni: Məsiağa Məhəmmədi

Bəyanatın farsca mətni: http://www.mytabriz.com/news/?p=11927

Baxış sayı: 150
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 9
Keçən ayın hiti: 8284
Dünənki hit: 296
Bugünkü hit: 299
Ümumi hit: 82931

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button