Reklam verin!

BAKIDA YAŞAYAN İRANLININ "TƏBRİZLİ TƏDQİQATÇI"YA CAVABI

Xəbər verildiyi kimi, bir müddət öncə İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") sabiq komandanı Möhsün Rzayiyə bağlı olan "Tabnak" saytında "bir təbrizli tədqiqatçı"nın Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış açıq məktubu yerləşdirilmişdi. Bəzi qərəzli insanlar bu anonim məktubun meydana çıxmasını millət vəkili Sabir Rüstəmxanlının İran rəhbəri Seyid Əli Xameneyiyə yazdığı açıq məktubun "nəticəsi" kimi qiymətləndirsələr də, əslində belə deyil. İş orasındadır ki, "Cənab Əliyev, İraqa və Əfqanıstana əsgər göndərməkdənsə, Qarabağ barədə düşünün!" başlıqlı həmin məktubun əsasını təşkil edən müddəalar, necə deyərlər, köhnə bayatılardır, zaman-zaman paniranistlərin anti-Azərbaycan mətbuatında və İnternet saytlarında səsləndirilmiş fikirlərdir – Quzey Azərbaycan ərazisinin tarixən "Aran" adlanması və "böyük İran"ın bir parçası olması, əhalinin daim "İrana birləşməyə can atması", guya Azərbaycan Respublikası hökumətinin Qərbin və sionistlərin əlində oyuncaq olması, ölkəmizdə milli azlıqların hüquqlarının pozulması, dini fəaliyyətlərə məhdudiyyət qoyulması, gənclərin Qərb dəyərləri ruhunda böyüdülüb dini-məzhəbi köklərdən uzaq salınması, Qarabağ probleminin həllinin Minsk qrupuna həvalə edilərək mövcud islami potensialdan istifadə olunmaması və s. Odur ki, sözügedən məktub hətta paniransitlərin özləri arasında da elə bir xüsusi marağa səbəb olmadı. Daha maraqlısı, Bakıda yaşayan Əli Əsğər Şəfiiyan adlı bir iranlının kimliyi bəlli olmayan həmin "təbrizli tədqiqatçı"ya yazdığı cavabdır. Bu cavab bir neçə gün əvvəl yazılmış və müəllifin şəxsi vebloqunda yerləşdirilmişdir.
"Təbrizli tədqiqatçı"ya ünvanladığı cavabın əvvəlində Ə.Ə.Şəfiiyan onun sözlərinin ziddiyyətli olduğunu vurğlayaraq, mühakimə və qiymətləndirmələrin reallığa əsaslanmasının vacibliyinə işarə edir və bununla bağlı maraqlı bir misal çəkir: "1997-ci ildə bir nəfər Bakıdan mərhum ayətullah Meşkiniyə xəbər aparır və o Allah bəndəsi də həmin xəbərə əsaslanıb üləmaları yığır ki, bəli, Azərbaycan Respublikasında islam inqilabı baş verməkdədir!"


Ə.Ə.Şəfiiyan daha sonra "təbrizli tədqiqatçı"ya müraciətlə yazır: "Siz öz məktubunuzda (Azərbaycan Respublikası ilə bağlı) sizi narahat məsələləri bu cür sadalamısınız: İsraillə əlaqələr, Qarabağ qaçqınlarının qeyri-müəyyən durumu, xalqa tarixi kimiliyini unutdurmaq siyasəti, azlıqların vəziyyəti, nəsillər arasında uçurum, dini fəaliyyətlərin məhdudlaşdırılması və İran əhalisinə qarşı bəzi təhrikçi addımlar.
Əvvəla, bu ölkənin (Azərbaycan Respublikasının – M.M.) əhalisi İran əhalisi qədər Fələstin məsələsindən agah deyil və ona həssaslıq göstərmir. İkincisi, Azərbaycan İslam Konfransı Təşkilatının İsraillə bu cür əlaqələrə malik yeganə üzvü deyil. Amma qeyd etdiyiniz kimi, onların (azərbaycanlıların – M.M.) ölkəsinin 20%-i yadların işğalı altındadır, Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal edilib. Biz Fars körfəzi məsələsinə həssaslıqla yanaşdığımız və Tombe-kuçek, Tombe-bozorg və Əbu Musa adalarını İran torpağı bildiyimiz kimi, bu diyarın əhalisi də Qarabağı öz torpağı bilir.
Cənab tədqiqatçı!
Siz təsəvvür etmirsiniz, İran İslam Respublikasının iki işğalçıya yönəlik ikili siyasəti necə də ziddiyyətlidir: o, bir tərəfdən sünni Fələstin əhalisini qaçqın vəziyyətinə salmış sionistlərin əleyhinədir, digər tərəfdən isə Qarabağı işğal etmiş və bir milyon şiəni qaçqın durumuna salmış ermənilərin yanındadır. Elə isə bunlar siyasətin ata-anası olmadığı nəticəsinə gəlməkdə və İsraillə əlaqə qurmaqda haqlıdırlar…
Bir həftə bundan qabaq bir müxbir İranın Bakıdakı səfirindən soruşdu: "İran nə üçün Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistanı dəstəkləyir?" Görün, məsələni necə dolaşdırırıq: "Qəsbkarlıqla işğalçılıq arasında fərq var. Sionist rejim müsəlman torpağını qəsb edib, onun əhalisini qaçqın salıb və Fələstin ölkəsinin adını silib. İki ölkə – Ermənistanla Azərbaycan arasında vəziyyət belə deyil və İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir".
Cənab tədqiqatçı!
Azərbaycan Respublikasının dindar əhalisi məhz bu cəhətdən ən çox təzyiqə məruz qalır, onlar bilmirlər ki, nə cavab versinlər… Bizim Ermənistanla əlaqələrimizdən o qədər narahat olanlar var ki, yaxşısı budur, araşdırmalarınızı təkmilləşdirmək üçün özünüz gələsiniz və bir müddət onların sözlərinə qulaq asasınız.
Cümə günü Naxçıvandan olan həmkarım mənə dedi ki, eşitdiyinə görə, İran Qarabağda mobil rabitə şəbəkəsinin genişləndirilməsi üçün Ermənistanla əməkdaşlıq edir. Xəbəri gördüm, düz deyirdi: İranın mobil telefon operatoru "Telekomunikeyşn Kiş" şirkəti "Qarabağ Telekom" şirkəti ilə rouminq sazişi imzalayıb ki, işğal olunmuş Qarabağ bölgəsində onun xidmətindən istifadə olunsun. Yaxşı, bizim kələyimiz yalnız bundan ibarətdir ki, bu işi özəl bir şirkətin əli ilə görürük.
Həqiqətən, bu ölkənin əhalisi anlaya bilmir ki, məsələn, İsrail barədə o cür odlu-alovlu şəkildə danışan Əhmədinejad niyə Qarabağın şiə qaçqınları haqqında bir söz söyləmir? Siyasətdir? Yaxşı, onda onların etdiyinin adı da siyasətdir, onlar da istəyirlər ki, yəhudi lobbisi ABŞ-da və digər yerlərdə Ermənistanın qarşısında onları dəstəkləsin…
Əziz tədqiqatçı!
Deyirsiniz ki, son dövrdə Bakıya səfər etmiş, amma şəhidlərin şərəfinə qoyulmuş bir abidə görməmisiniz. Halbuki ermənilərin əli öldürülmüş insanların şərəfinə həm şəhərin özündə, həm də ətraf yerlərdə xatirə abidələri ucaldılmışdır. Şəhidlər Xiyabanı şəhərin ən yaxşı yerindədir və Bakıya gələn hər kəs ora baş çəkir. Şuşa, Xocalı və s. şəhrlərdə baş vermiş qırğınların ildönümündə ardıcıl televiziya verilişləri göstərilir.
Problem bundadır ki, biz öz ölkəmizi yaxşı qurmamışıq…, buna görə də bu ölkənin (Azərbaycanın – M.M.) əhalisi bizim fəaliyyətimizdən razı deyil. Amma siz məktubu elə yazmısınız ki, guya bu gün Azərbaycan Respublikasında referendum keçirilsə, insanlar İran İslam Respublikasının himayəsinə keçməyə səs verəcəklər! Xeyr, belə şey yoxdur, tədqiqatçı dost, inqilabın poçt vasitəsilə məktub göndərməklə ixracı mümkün deyil!
Sonda ötən ilin yayında Bakıda cənab Müttəkiyə dediyim sözü bir daha təkrarlamaq istəyirəm: Qarabağ bu diyarın əhalisi üçün Qüdsün fələstinlilərdən ötrü malik olduğundan az əhəmiyyət kəsb etmir, İslam Respublikası bu məqama xüsusi diqqət yetirməlidir.

Əli Əsğər Şəfiiyan
Bakı, 25 may 2008-ci il"

Qeyd edək ki, cavabın müəllifi Əli Əsğər Şəfiiyan, özünün yazdığına görə, 1976-cı ildə Mazandaran əyalətinin Nouşəhr bölgəsində doğulub. İxtisasca mühəndis olsa da, yeddi il İSNA agentliyində müxbir və siyasi şərhçi kimi çalışıb. Əhmədinejad hakimiyyətə gəldikdən sonra həmin agentlikdən çıxıb. Hazırda Bakıda yaşayır və iqtisadi fəaliyyətlə məşğuldur.

Məsiağa Məhəmmədi

Baxış sayı: 330
Açar sözlər:
Bookmark and Share


1

Səlam.Mən Təbrizliyəm.indilik Ankarada oluram.Təbrizli mədəniyyət xadimi Rza Əfşarın şagirdiyəm.Mən dostum Urmiyəli Fərzinlə birgə bir blog açıb və orada Rza Əfşarın işlərini təbliğ edirik.Bize şərh yazın letfən

May 30, 2008 19:01

2
hassan yazıb:

man tabrizdan size tofiq arzi eliram hassan amidfar

May 31, 2008 2:18

3
farzin yazıb:

Təbrizdə Fizuli adına

May 31, 2008 14:25

4
sahand yazıb:

hörmetli soy daşlar
men guney den dayima bu sitenin teqibçisiyem tessüfle bezi sözde ziyalilardan elə sözler eşidiremki inanin buynuz çiardiram mence bu tebrizli( tedqiqiqatçi) dovlet terefinden şifarişi olaraq bir şeyler yazib gelin boş verek bu adamlari
yaşasin azerbaycan

İyun 1, 2008 17:24

5

Hörmətli Səhənd bəy! Əziz qardaşım!
Əvvəla, sitəmi daim izlədyiniz üçün təşəkkürlər. İkincisi, "təbrizli tədqiqatçı" barədə dediklərinizlə tam razıyam, buna görə də onun məktubu yayılanda, siz demişkən, boş verdim - yəni sitədə ona yer ayırmadım. Amma bir farsın ona cavab verməsi, İran İslam Respublikasının ikibaşlı siyasətini, işğalçı Ermənistanla sıx ilişgilərini, Azərbaycan Respublikasına yönəlik xəttini tənqid etməsi, mənə görə, mühüm məsələdir və buna görə mən həmin cavabı tərcümə edib burada yerləşdirdim. Məktubun doğurduğu reaksiya göstərdi ki, düz etmişəm.
O ki qaldı siz deyən "sözdə ziyalıların" danışdıqlarına, qoy desinlər - hər kəs kim olduğunu hamıdan yaxşı özü bilir və ilk növbədə öz vicdanı, Allahı və övladlarımızın gələcəyi qarşısında cavabdehdir. Mən Azərbaycan Respublikasında Güney Azərbaycanla bağlı nəşrlərin yoxa çıxdığı, ictimai fikirdə Güneyə diqqətin azaldığı (1990-cı illərlə müqayisədə) bir şəraitdə heç bir təmənna güdmədən bu işi görməyimlə, çətin bir şəraitdə Güneyli qardaşlarımızın dərdlərini azacıq da olsa dilə gətirə bilməyimlə qürur duyuram. Bu işi də heç bir siyasi qrupa bağlı olmadan, heç bir təşkilatın maraqlarına xidmət etmədən, heç kəsdən qrant almadan təkbaşına, əməldə ziyalı kimi görürəm.
Tanrı sizə və bütün millətimizə yardımçı olsun! Yaşasın Bütöv Azərbaycan!
P.S. Səhənd bəy, sizin sitəni bağlantılarıma əlavə etdim.

İyun 1, 2008 19:21

6
ən yeni xəbər yazıb:

پاسخ مدير سيماي آذري شبكه سحر
http://shafieyan.blogspot.com/2008/05/blog-post_31.html
پاسخ به مدير سيماي آذري
http://shafieyan.blogspot.com/2008/05/blog-post_5177.html

İyun 1, 2008 23:58

7
Türkük Biz yazıb:

«باکی‌دا یاشایان فارس»دان «تبریز‌ده یاشایان تورک»ه جاواب!

http://turkukbiz.wordpress.com/?p=606

İyun 3, 2008 9:18

8
Türkük Biz yazıb:

نظر مدیر سیمای [ترکی] آذر[بایجان]ی شبکه سحر در مورد قره‌باغ!

http://turkukbiz.wordpress.com/?p=625

İyun 3, 2008 9:19

9
Türkük Biz yazıb:

http://turkukbiz.wordpress.com/?p=633

پاسخ محقق ارموی به مدیر شبکه [ترکی] آذر[بایجان]ی سحر

İyun 3, 2008 9:20

10

Hörmətli "Ən yeni xəbər" və "Türkük Biz"!
Bütün bu yeniliklərdən xəbərim var. Nəticəsini bu gün görəcəksiniz.
Sayğılarımla...

İyun 3, 2008 14:00

11

Səlam.Gözel blogınız var.İranda Rza Əfşar başçılığı ilə qızlar musiqi qrupu fəaliyyətə başlayib.bizim blogımıza gəlib bu haqda məlumat əldə edin.Rzanın öz blogıda belədir: http://ovshar.azeriblog.com/
Hörmətlə......Sara

İyun 5, 2008 2:12

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 2
Keçən ayın hiti: 8284
Dünənki hit: 296
Bugünkü hit: 386
Ümumi hit: 83018

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button