Reklam verin!

"MİLLƏT AZADLIĞINI ÖZÜ QAZANMALIDIR"

1945-46-cı illər Güney Azərbaycan Milli Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvərinin nəvəsi, Harvard universitetinin doktoru, Dubaydakı Amerika Universitetinin psixologiya müəllimi İbrahim Pişəvərinin "Turan" agentliyinə müsahibəsi

- İbrahim bəy, öncə özünüz barədə oxuculara məlumat verərdiniz?
- Əvvəlcə onu deyim ki, uzun müddət Ənzəlidə yaşasaq da, əslən Xalxallıyıq, bizimkilər sonradan Ənzəliyə gəliblər və atam burada gəmi kapitanı olub. Özüm isə aşağı-yuxarı 30 ildir ki, ABŞ-da yaşayıram, İran və Azərbaycan tarixilə bağlı bilgilərə bələdəm və hər iki Azərbaycanın ictimai həyatında yeri olan Dünya Azərbaycanlıları Konqresinin təsis konfransından Strasburqdakı 6-cı qurultayına qədər olan tədbirlərində iştirakçı olmuşam. Azərbaycanın tarixində çox şərəfli insanlar və liderlər var, həm də İranın dövlət olaraq yaranmasında azərbaycanlıların xüsusi rolu olub və düşüncəmə görə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani bu liderlər sırasında ilk yerləri tuturlar.

ibrahim_pisheveri


- Güney Azərbaycandakı mövcud ictimai-siyasi durumu necə dəyərləndirirsiniz?
- Güney Azərbaycanda siyasətə böyük maraq var və bu bölgənin insanları qədər siyasətə həssas və maraqlı olan ikinci bir bölgə tapmaq bəlkə də mümkün deyil, bu da bu bölgənin insanlarının siyasətdə deməyə sözlərinin olması və siyasətə diqqətli olması ilə bağlıdır. Hazırda İran Azərbaycanı həssas bir mərhələ yaşayır və bu mərhələdə iki nəsil üz-üzə daynıb. İnformasiyalara və siyasi proseslərə cavanların bir, yaşlı nəslin başqa, tamam fərqli yanaşma tərzi var. Gənclik proseslərə həssasdır, həyatsevər və idealistdir, yaşlı nəsil isə bir tərəfdən yorğun, digər tərfdən konservativ, üçüncü bir tərəfdən uzaqgörəndir. Azadlığı və birliyi cavanı da, yaşlısı da qəbul edir, amma gənclik istədiyini ələ gətirmək üçün tələsmək kimi bir xislətə malikdirsə, əksinə, yaşlı nəsil hələ də məsləhətə, zamana ehtiyac duyur.
- Sizin fikrinizcə, Güneydə milli mübarizə imkanları necədir?
- Gənclik hərəkətə keçib, mübarizəyə başlayıb, amma cəmiyyətdə düşüncələrinə münasibət birmənalı deyil və manevr imkanları azdır. Nətiəcədə qan tökülür, həbslər olur, təqiblər başlayır. Amma yaşlı nəsil ilk olaraq mədəni sahədə azdalıq əldə etmək istəyir və siyasi azadlıqları tədricən, qan tökülmədən qazanmaq xəttini əsas götürür. Yəni Güney Azərbaycanı elə bir səviyyəyə gətirmək istəyirlər ki, Şirazdan, Mazandarandan fars müəllim və polis gətirməyə ehtiyac qalmasın, özü öz idarəçiliyini təmin etsin. İndi bir mərhələ başlayır və bu mərhələdə xalq rəsmi Tehrandan ala biləcəyi haqlarını tələb edir. Bu sahədə artıq bəzi tələblər ortaya qoyulub və bunun üçün mübarizə gedir. Düşüncəmə görə, burada idealist yox, realist olmaq lazım gəlir və nəyi almaq mümkündürsə, onun mübarizəsi getməlidir.
- Babanız Seyid Cəfər Pişəvərinin taleyi barədə nələri açıqlaya bilərdiniz?
- Babam S.C.Pişəvərinin taleyinə gəlincə, burada da maraqlı məqamlar var. Haqqında danışdığım idealist siyasətin axarında Pişəvəri hökuməti də olub və Pişəvəri hökumətinin həqiqi hədəfləri Moskva siyasətinin gücünə günbəgün dəyişməli olub. Yəni bu hədəflər o qədər dəyişdirilib ki, Azərbaycan siyasi hazırlıq aparılmadan İrandan ayrılmalı olub. İndi əsərlər var ki, bu "siyasi teatrın" kökünü Moskvanın qoyduğunu sübut edir. Bütün bu siyasət Rusiyanın Xəzərdəki İran neft yataqlarına olan imtiyazları ələ keçirməsinə xidmət edib və həmin imtiyazı qazandıqdan sonra S.C.Pişəvərini də, Azərbaycan xalqını da qurban verdilər.
- Sizə görə, S.C.Pişəvəri bu siyasətin qurbanı olub?
- Bəli. Elə babamın aradan götürülməsi də bu siyasətin tərkib hissəsi oldu. Babamın həkimi doktor Cahanşah (əslində Cahanşahlu – M.M.) bu barədə danışır ki, S.C.Pişəvəri onu görmək istədiyini deyərək, Bakıya çağırıb və burada görüşərək parka gediblər. Həkimin bildirdiyinə görə, babam sürücüsündən şikayət edib, onun xüsusi xidmət orqanları ilə əlaqəsi olmasından şübhələndiyini, dəfələrlə səbəb olmadan avtomobili yolun ortasında saxladığını və maşının xarab olduğunu deyərək, sonradan maşını sürdüyünü ona bildirib. Babam Cahanşaha özünün aradan götürülməsi istəyi olduğunu söyləyib. Doktor Cahanşah babama, belə isə, Moskvaya getməyi məsləhət bilib. Amma babam deyib ki, bu, elə Moskvanın siyasətidir və Moskvaya da getsə, nəticə birdir, aradan götürülməyi gündəmdə qalır.
- Bu barədə bir qədər geniş danışın?
- Doktor Cahanşah danışır ki, üç gündən sonra S.C.Pişəvərinin guya avtomobil qəzası keçirərək xəstəxanaya düşdyünü eşidib, yanına gedib, babamın kefi yaxşı olub və bəzi mülahizələri nəzərə alaraq, xəstəxanada qalmalı olmadığını, evə getməli olduğunu bildirib. Amma doktor deyir ki, onun bu təklifinə "hələ evə getməsinə icazə yoxdur" cavabı verilib və o, həmin cümləni xüsusi vurğu ilə bir neçə dəfə təkrar edib. Doktor Cahanşah həmin hadisənin sabahı günü Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun zəng edərək onu yanına çağırdığını deyib və maşınla xəstəxanaya yola düşdükdə S.C.Pişəvərinin vəfat etdiyini bildirib. Dr.Cahanşah xəstəxananın həyətinə çatanda, burada Güneydən olan bir dəstə şəxs və o cümlədən, S.C.Pişəvərinin xanımı onun yanına getmək üçün gözləyirmiş. Doktor Cahanşahın sözlərinə görə, M.C.Bağırov heç kimi babasının yanına qoymayıb. O, S.C.Pişəvərinin bədənində qəzadan hər-hansı xəsarət olmadığını, yalnız başının sağ hissəsində göy bir ləkə gördüyünü deyib. Bu sovet siyasət üsulu özünü Macarıstanda da, Rumıniyada da və s. yerlərdə təcrübədən çıxarıb.
- İbrahim bəy, buradan hansı nəticəni çıxarmaq istəyərdiniz?
- Nəticə budur ki, həmin hərəkatın məğlubiyyətinin nəticəsi olaraq, yüz minlərlə insan Azərbaycana gəlib, burada təhsil alıblar və Şimali Azərbaycanın müstəqilliyi bir daha sübut etdi ki, millət öz milli problemini Moskvanın və ya başqa bir siyasi məkanın əli ilə yox, məhz öz əli ilə həll etməlidir.

Qaynaq: http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=6153

 

Baxış sayı: 171
Açar sözlər:
Bookmark and Share


1
Raset Pirisoyu yazıb:

Men bu musahibeni derin keder icerisinde oxudum. Hormetli Ibrahim bey tamamile duz deyir, azerbaycanlilari ancaq azerbaycanlilar ozleri xilas ede biler.

Teessuf ki, bu gun bizde birce teshkilat, birce azerbaycanli bele Azerbaycan xalqinin menafeyini axira qeder ifade ede bilecek bir konsepsiya ortaya qoya bilmeyib.
Bizim bashlica problemimiz budur.

Tarixin hec bir doneminde zamanin gerdishi Azerbaycan xalqinin menafeyine indiki qeder yaxin olmayib.
Bunun muqabilinde bes biz ne edirik?
Biz butun ishimizi yeni Nemet Penahli yaratmaq uzerinde qurmushuq.
Babek hamimizin bashini xarab edib.

Nemet Penahlini birce gunun icerisinde yaratmaq mumkundur.

Amma konseosiyani... bunun ucun dahiler lazimdir.
Bizde ise dahiler tapdaq altindadir. Dahileri tapdaq altinda olan xalqin tapdaq altinda olmasi tamamile tebiidir.

İyun 16, 2008 23:29

2

Hörmətli Rasət bəy!
Sizi bloqumda görməkdən çox məmnunam və şərhinizə görə də təşəkkür edirəm.
Doğrudan da, İbrahim bəyin zahirən sadə görünən bu müsahibəsində həm bir müdriklik, həm də dərin bir ağrı var. Bunu hətta onun müsahibəyə əlavə olunmuş şəklindən də sezmək mümkündür.
Siz həmin ağrını bir qədər çılpaq və sərt formada ifadə etmisiz. Nə qədər acı olsa da, dedikləriniz həqiqətdir. Və inanın, bunda Babəkin (yaxud digər tarixi şəxsiyyətlərimizin) heç bir "günahı" yoxdur, Babək sadəcə millətin azadlıq iradəsinin rəmzidir, bir işıq və məşəldir. Babəklərin işıq saldığı yolla necə getmək isə bizim, bu günkü nəslin problemidir. Yəni fəaliyyət və mübarizə metodlarının müəyyənləşdirilməsi öz üzərimizə düşür. Bunun üçün də siz deyən mükəmməl, bu günün reallıqlarına uyğun konsepsiya lazımdır. Təəssüf, işarə etdiyiniz kimi, milli təşkilatlarımızın çoxu bu işlə məşğul olmaq əvəzinə, vaxt və enerjisini didişmələrə sərf edir və mən bunları yaxından izləyən bir adam kimi şəxsən buna görə xəcalət çəkirəm. Təəssüf, biz problemlərimizi normal tərzdə, fərqli düşüncəyə hörmət və dözümlü yanaşma şəraitində müzakirə edə bilmirik. Təəssüf, biz miflərə tez uyur, yalançı qəhrəmanlara, daha ucadan bağıranlara mehr salırıq. Təəssüf, biz həqiqəti üzümüzə deyən Kefli İsgəndərləri atıb fırıldaqçı Şeyx Nəsrullahları tuturuq. Sonra da iş-işdən keçəndə, Ə.Vahid demiş:
Əvvəlindən salan olsaydı əgər başa bizi,
Cəhlimiz salmaz idi bunca dağa-daşa bizi -
söyləyirik.
Təəssüf, bu gün çoxlarımız az qala paranoya xəsətliyinə mübtəla olub, bir-birimizə inamsızlıq, şübhə baş alıb gedir, hətta başını aşağı salıb intriqa və çəkişmələrə qarışmadan, qəlbinin və vicdanının hökmüylə kiçik bir iş görən adamın da "harasa işlədiyini" düşünürük. Təəssüf, yüz təəssüf...
Amma ümidsiz olmağa da dəyməz. Quzeydə də, Güneydə də müdrik insanlarımız, dəyərli ziyalılarımız az deyil. Ən başlıcası, Arazın hər iki tayında savadlı, vətənsevər bir gənclik var. Və onlar tamamilə haqlı olaraq, Azərbaycan xalqının mənafeləri baxımından əlverişli saydığınız zamanın bu fürsətindən faydalana biləcəklər.
Bir daha təşəkkür edirəm.

İyun 17, 2008 2:00

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 5
Keçən ayın hiti: 8284
Dünənki hit: 296
Bugünkü hit: 294
Ümumi hit: 82926

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button