Reklam verin!

Abbas Lisani. İRANDA MİLLİ ZÜLM MƏSƏLƏSİ

Milli zülm barədə istənilən söhbət çox zaman bəzi üçüncü dünya ölkələrindəki hökumətlər tərəfindən hakimiyyətləri altında olan, çeşidli dillərə və mədəniyyətlərə malik xalqların və millətlərin mədəni kimlik və dilinin məhv edilməsini nəzərdə tutur. Milli zülm hökumətlər tərəfindən adətən minlərələ iqtisadi, mədəni, təbliğati üsullarla və milyardlarla milli sərvətin sərf olunması yolu ilə gerçəkləşdirilir.
Milli zülm bir qayda olaraq, müxtəlif formalarda həyata keçirilir:
1. Siyasi zülm: Məsələn, azlıqları təmsil edən şəxslərin siyasi həyatda səmərəli iştirakına imkan verilməməsi.
2. Mədəni zülm: Məsələn, müəyyən dilin, yaxud ləhcənin öyrənilməsi və işlənməsinə, kütləvi informasiya vasitələrində onlardan itifadə olunmasına qadağa qoyulması.
3. İqtisadi zülm: Bu zaman hakim dairələr xüsusi bir proqram əsasında azlıqların iqtisadi mənfəətlərini azaltmağa və ya onun qarşısını almağa çalışır.
4. Fiziki zülm: Məsələn, azlıqların zorla öz ərazilərindəki müəyyən bölgədə, yaxud başqa ərazilərdə yerləşdirilməsi, başqa etnik qruplara mənsub fərdlərin məskunlaşdırılması yolu ilə onların torpağının ələ keçirilməsi və bununla da həmin azlığa məxsus ərazidə əhalinin demoqrafik strukturu və nisbətinin dəyişdirilməsi.

lisani_abbas 


Rza xanın hakimiyyətə gəlişi ilə və İngiltərə hökumətinin, onun daxili və xarici əlaltılarının, özlərini ziyalı adlandıran satqın şəxslərin dəstəyi sayəsində İran xalqlarını assimilyasiya etmək strategiyası Rza xan iqtidarının fəaliyyət proqramına çevrildi. İndinin özündə də ingilis müstəmləkəçiləri tərəfindən Pəhləvi hökmdarlarına (İslam Respublikasına) diktə olunan siyasət nəinki dəqiq şəkildə icra olunur, hətta müasir texnologiyalardan istifadə edilməsi onu yüz dəfələrlə gücləndirmişdir. Bu siyasətin son məqsədi bölgədə, xüsusən İranda türk elementinin məhv edilməsi idi. İngilis müstəmləkəçiləri yaxşı anlayırdılar ki, Azərbaycan türk millətinin üsyankar, zülm və istibdadla barışmaz ruhunun mövcudluğu şəraitində İranın digər xalqlarının istismarı qeyri-mümkündür. Buna görə də həmin məşum layihənin həyata keçirilməsi üçün onun qarşısında iki yol dururdu: birinci yol – fiziki soyqırım; ikinci yol – mədəni soyqırım. Həmin çox mühüm vəzifənin yerinə yetirilməsi üçün onun əlaltılara ehtiyacı vardı və bu baxımdan Pəhləvi sülaləsindən yaxşı seçim yox idi. Bu seçimlə müstəmləkəçilər öz məqsədləri istiqamətində digər hədəfləri də vurmuş olurdular. İslamın İrana gəlişindən keçən min neçə ildən sonra onlar hakimiyyəti türk çoxluğun əlindən alıb fars azlığın əlinə verdilər. Bu, qoca müstəmləkəçiliyin nüfuz altına aldığı məmləkətlərin əksəriyyətində həyata keçirdiyi təhlükəli siyasətin hiyələgər bir gedişi idi: azlığı çoxluğa hökmran etmək.
Rza Pəhləvinin hakimiyyətə gəlişindən sonra yuxarıda göstərilən hər iki üsul bütün mümkün vasitələrlə həyata keçirilməyə başladı və həmin siyasət onun taxtdan salınmasından və oğlunun hakimiyyətə gətirilməsindən sonra da tam gücü ilə davam etdirildi. Belə ki, 1946-cı il azər ayının 21-də (dekabrın 12-də) Məhəmmədrza Pəhləvi ABŞ qüvvələrinin yardımı və birbaşa müdaxiləsi ilə Azərbaycan millətinin qiyamını qan içində boğdu. Bu isə zülmə məruz qalıb öz haqqını tələb edən bir millətin yetmiş mindən artıq qeyrətli və şüurlu övladının şəhid olması ilə nəticələndi. Amma bu da nəzərdə tutulmuş strateji məqsədə çatmaq üçün səmərəli və kafi olmadı. Çünki o böyüklükdə milləti (coğrafi və demoqrafik baxımdan) kütləvi qırğınlarala məhv etmək olmazdı. Buna görə də Rza Pəhləvinin hakimiyyətə gəlişinin ilk illərindən həyata keçirilən daha səmərəli üsul, yəni bu məğlub və məzlum millətin bütün mədəni dayaqlarına hərtərəfli hücum siyasəti tam qəddarlıqla davam etdirildi. Türk dilinin hər cəhətdən aşağılanması, onun məktəblərdə tədrisinin, hətta yazılı və şifahi şəkildə ictimai yerlərdə və dövlət qurumlarında ondan istifadənin qadağan edilməsi, iri sərmayə qoymaqla daxili və xarici muzdlu qələm sahiblərinin köməyilə bu millətin tarixinin təhrif olunması həyata keçirildi. Onlar mədəni hücumla da kifayətlənməyib Güney Azərbaycan iqtisadiyyatının dağıdılmasına girişdilər və bununla da bu millətin övladlarının dərbədər olmasına, onların bir tikə çörək dalınca farsların yaşadığı ostanlara köçməsinə, ardınca da milli qürurun sınmasına, milli özünəinamın itməsinə və milli natamamlıq kompleksi kimi daha böyük bir faciənin meydana gəlməsinə şərait yaratdılar ki, bunun da nəticəsi tam assimilyasiya və yox olmaqdır.
Bəli! Fars şovinizmi yeraltı sərvətləri qarət, yerüstü ehtyatları çeşidli üsullarla məhv etdi. Bu zaman Güney Azərbaycana dövlət tərəfindən praktik olaraq kapital qoyulmurdu, özəl investorlar isə müxtəlif metodlarla bölgədən uzaq saxlanırdı. Bütün bunlar bir əsr ərzində Azərbaycan millətinə edilən zülmün yalnız bir zərrəsidir…
Bizim ölkəmiz Azərbaycanın başına gətirilənlər sözün müstəqim mənasında müstəmləkələrin məruz qaldığı zülmdən daha pis olmuşdur. İndi hamımız şahidik ki, şahların süqutu ilə vəziyyət nəinki yaxşıya doğru dəyişməyib, əksinə, daha da ağırlaşıb. Çünki islam hökuməti də o şovinist və faşist siyasətin davamçısıdır. Özü də daha təhlükəli mexanizmlər və vasitələrlə.
Bütün bu işlər ona yönəlib ki, Azərbaycan milətini axırda tam assimilyasiya və mədəni ərimə ilə nəticələnən eliminasiyaya məruz qoysunlar və fars şovinizminin son məqsədinə, yəni Azərbaycan türk millətinin mənəvi məhvinə nail olsunlar. Bunun üçün Azərbaycanın bir çox bölgələrini qurbanlıq da etmişlər: Həmədan, Ərak, Qəzvin ostanları kimi. Qurbanlıq olmaq təhlükəsi ilə üz-üzə qalan ostanlar da var, o cümlədən, Zəncan, Ərdəbil və daha təlükəli, məşum bir siyasət nəticəsində kürdlərin ixtiyarına verilməkdə olan Qərbi Azərbaycan. Fars şovinizminin bu siyasətləri addım-addım bəhrə verir. Bunlar milli mənliyin, milli qürur və özünəinamın itirilməsinin sonucu olaraq millətimizin özgələşməsi nəticəsində baş vermişdir. Lakin bu milli faciənin qarşısını almaqdan ötrü millətimizin ayıq və sayıq övladları ötən illər ərzində milli oyanış üçün çox çalışmış və xoşbəxtlikdən bu, səmərə də vermişdir. Həmin nailiyyətlərdən biri 2006-cı ilin xordad (may) ayında Azərbaycan millətinin qiyamı və kükrəməsi olmuşdur. (Əminəm ki, Azərbaycan milləti o tarixi günləri unutmayacaq, qiyamı davam etdirmək üçün daha artıq birliyə, vəhdətə və qüdrətə nail olmaq naminə, eləcə də qəhrəman Təbriz əhalisinin ilk olaraq ayaqlanmasına dəyər verməkdən ötrü hər il xordad ayının birini milli qiyam günü kimi qeyd edəcəkdir). Bu sivil və dinc hərəkatla vəhşicəsinə rəftar edilməsinə baxmayaraq, o, fars faşizminin saraylarını titrətmişdir. Amma hər şeydən ağrılısı odur ki, o qiyamı boğanlar, onun iştirakçılarını mühakimə edənlər və onları zindanda saxlayanlar bizim türk qardaşlarımız (!!!) olmuşlar. Onlar da fars şovinizminin yürütdüyü siyasətin qurbanlarıdır. Repressiyaların əksər icraçıları özgələşmiş özümüzünkülərdir.


Çevirəni: Məsiağa Məhəmmədi


Qaynaq (farsca): http://lesani.wordpress.com/  

 

Baxış sayı: 162
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 2
Keçən ayın hiti: 7808
Dünənki hit: 229
Bugünkü hit: 29
Ümumi hit: 58548

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button