Reklam verin!

"AZƏRBAYCAN MİLLİ HƏRƏKATI CİDDİ BİR SİYASİ GERÇƏKLİKDİR"

"Biz inanırıq ki, Azərbaycan xalqının öz milli və insani haqları uğrunda apardığı sivil-mədəni mübarizə mütərəqqi dünya dövlətləri və millətləri tərəfindən diqqətlə izlənəcək və dəstəklənəcəkdir".

AMAT-ın sözçüsü Çingiz bəy Göytürkün Avropa Parlamentində çıxışı

Dəyərli millət vəkilləri!
Hörmətli xanımlar və bəylər!
Azərbaycanın Güneyi ilə ilgili problemləri araşdırmaq, bu problemlərin beynəlxalq normalar və dəyərlər çərçivəsində həllinə yönəlik yollar aramaq məqsədi ilə Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) adına Sizinlə fikirlərimi paylaşmaqdan son dərəcə məmnun olduğumu ifadə etmək istəyirəm.
Bilindiyi kimi, "İran" adı mifik bir addır və tarix boyu nə real bir coğrafi anlayış kimi, nə də gerçək bir siyasi anlayış kimi ”İran” adlı bir ölkə və ya dövlət olmamışdır. Bu bölgədə real coğrafi ərazi adı kimi Azərbaycan, Persiya və b. adlar mövcud olmuş, real dövlət adı kimi isə yalnız xanədan, sülalə və tayfa adları işlədilmişdir. Örnəyin: Madlar, Həxamənşilər, Səlcuqlular, Səfəvilər, Əfşarlar və s.
1935-ci ildə Rza Pəhləvinin fərmanı ilə ”İran” adı rəsmən qəbul edildi və bununla da bölgədəki etnik, kültürəl və s. müxtəlifliklər inkar olundu. Fars şovinizmi müxtəlif xalqlara qarşi hərbi, siyasi, kültürəl zorakılıqlar uyqulayaraq ”Tək dövlət, tək millət, tək dil” yaratmağa və bölgənin bütün tarixinin, bütün mədəniyyətinin yalnız farslara məxsus olduğunu qəbul etdirməyə çalışdı.

avropa_parlamenti


Əslində isə, İran etnik baxımdan təksoylu yox, çoxsoylu bir yapıya sahibdir və araşdırmalar burada əhalinin 90-dan çox dildə danışan ayrı-ayrı xalqlar olduğunu göstərməkdədir. Ancaq çox vaxt bu fakta toxunulmur, ən yaxşı halda farslar əsas əhali kimi, bir neçə xalq da azsaylı xalq və etnik qruplar kimi təqdim olunur, qalan xalqlar isə görməzlikdən gəlinir və varlıqları belə xatırladılmır.
Azərbaycan türklərini nə milli azlıq, nə azsaylı xalq, nə də etnik qrup kimi göstərmək doğru ola bilməz. Azərbaycan türkləri rəsmi statistik rəqəmlərin saxtalaşdırılmasına baxmayaraq, həm ölkə üzrə ən çoxsaylı bir xalqdır, həm də tarix boyu bölgədə dövlət quruculuğunun dominant etnik təməlini oluşduran iki əsas xalqdan biridir. Digəri farslardır.
Tarix boyu bu bölgədə ümumi dövləti ya Azərbaycan türkləri qurmuş, ya da dövlət farslara məxsus olmuşdur. Son 1000 ildə kiçik fasilələri nəzərə almazsaq, dövlətin etnik təməli Azərbaycan türkləri idi, 1925-ci ildən günümüzə qədər isə dövlətin etnik təməli farslardır.
Azərbaycan türklərinin aparıcı olduğu dövrlərdə dövlət etnik əsaslar üzrə məmləkətlərə bölünmüş, reallıqda hər xalqa öz kültürünü, öz varlığını yaşatma haqqı tanınmış və hər məmləkət öz daxili işlərində nisbi sərbəstliyə malik olmuşdur.
Farsların aparıcı olduğu dövrlərdə isə etnik müxtəliflik inkar edilmiş, fars təməlli sərt mərkəzləşdirmə siyasəti yürüdülmüş və qeyri-fars xalqlara heç bir haqq tanınmamışdır. Basqa sozlə, bu gün İran adlandırılan dövlətdə iki tarixi dövlətçilik ənənəsi üz-üzə durur: bir yanda federativ əsaslı Azərbaycan türk dövlətçilik ənənəsi, digər yanda sərt mərkəzçilik əsaslı fars dövlətçilik ənənəsi.
Bu gün hakim olan fars dövlətçilik ənənəsi həm çoxsaylı Azərbaycan türklərinin, həm də azsaylı türkmən, ərəb, bəluc, kürd, gilək və b. xalqların milli haqlarını qəddarlıqla tapdalamaqda, bu xalqları, dəqiq ifadəsi ilə desək, etnosid siyasətinə məruz qoymaqdadır. Bu siyasətə qarşı Azərbaycan türkləri, eləcə də digər xalqların müqavimət hərəkatlarının son dərəcə qəddarlıqla qanda boğulduğu da hər kəs tərəfindən bilinən bir gerçəklikdir. Bu, Pəhləvi rejimi dönəmində də belə olmuşdur, İslam Cümhuriyyəti rejimi dönəmində də.
Bu gün İslam Cümuriyyəti rejiminə oppozision mövqeyində duran müxtəlif qrup və təşkilatların da qeyri-fars xalqların, özəlliklə də Azərbaycan türklərinin milli haqq və tələblərinə qarşı mövcud rejimdən fərqlənməyən mövqeləri, hətta rejimdən milli hərəkatlara qarşı daha sərt tədbirlər alınmasını tələb edən tutum, davranış və bəyanatları açıqca göstərir ki, hər hansı bir yeni rejim dəyişikliyi durumunda belə, qeyri-fars xalqlara qarşı bu anti-demokratik siyasət eyni mahiyyətdə və daha sərt bir formada davam edəcəkdir. Bu da Azərbaycan türklərinin, eləcə də digər qeyri-fars xalqların milli hərəkatlarının getdikcə daha geniş boyutlar alacağı gercəkliyini ortaya qoymaqdadır. Bu isə o deməkdir ki, rejim dəyişikliyinin bölgəyə stabillik, əmniyyət və demokratiya gətirəcəyinə inanmaq mümkün deyildir. Tam tərsinə, bölgədə stabillik, əmniyyət və demokratiyanın varlığı daha çox milli sorunların çözümünə bağlıdır.
Çağdaş Azərbaycan Milli Hərəkatı fəalları BMT-nin bütün millətlərə tanıdığı öz müqəddəratını təyin etmə hüququ çərçivəsində rejim dəyişikliyindən fərqli, bölgəyə gerçək bir stabillik, əmniyyət və demokratiya gətirəcək çözümlər aramaqdadır.
Bu gün çağdaş Azərbaycan Milli Hərəkatı özündən öncəki hərəkatlarımızın davamı olmaqla yanaşı, onların təcrübələri ilə də zənginləşərək, kütləviliyi, sivil-mədəni, demokratik yapısı və duruşu ilə xüsusi seçilməkdə və artıq inkar edilə və ya görməzlikdən gəlinə bilməyəcək dərəcədə ciddi bir siyasi gerçəklikdir. 22 may 2006-cı ilin milyonluq etiraz nümayişləri bunu açıqca göstərmişdir. Biz inanırıq ki, millətlərin öz müqəddəratını təyin etmə hüququna söykənən Azərbaycan xalqının öz qəsb olunmuş milli və insani haqlarını əldə etmə uğrunda apardığı sivil-mədəni mübarizə mütərəqqi dünya dövlətləri və millətləri tərəfindən diqqətlə izlənəcək və dəstəklənəcəkdir.
Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) çağdaş Azərbaycan Milli Hərəkatı içərisində yaranan və Azərbaycan Milli Hərəkatının sivil-mədəni, demokratik mahiyyətini öz mübarizəsinin təməl prinsipi olaraq qəbul edən siyasi qurumlardan biridir. Sözümüzü demə fürsəti yaratdığınıza və bizi dinlədiyinizə görə, Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) adından Sizlərə təşəkkür edir, sayqılarımı sunuram.  

23.06.2008

Qaynaq (ingiliscəsi ilə birlikdə): http://www.azadtribun.net/x19134.htm


Baxış sayı: 128
Açar sözlər:
Bookmark and Share


1
Raset Pirisoyu yazıb:

Adamin ureyi aqrayir ve aci danishmaqdan ozunu saxlaya bilmir. Eger Avropa parlamenti Iran azerbaycanlisini dinlemeye maraq gosteribse, bu fursetden mutleq faktlarla istifade etmek lazim idi. Indiki halda bu metinle furset tamamile elden buraxilib. Bu cur metn bir daha subut edir ki, azerbaycanlilarin menefeyi uqrunda mubarizede bu mubarizenin mahiyyetinden tamamile bixeber adamlar ishtirak edir ve AMAT da ciddi teshkilat deyil.

Cox teessuf!

İyun 27, 2008 15:13

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bloq haqqında


Mesiha

Məsiağa Məhəmmədinin bloqu

Axtarış

Açar sözlər

Sayğac

İndi bloqda: 8
Keçən ayın hiti: 8284
Dünənki hit: 296
Bugünkü hit: 297
Ümumi hit: 82929

Free PageRank Checker

My BlogCatalog BlogRank

Cultural Blogs - Blog Catalog Blog Directory

View blog authority
Add to Technorati Favorites

AddThis Feed Button